“Koka-Kola məktəbli kuboku” turnirinə start verilib
Martın 5-də Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə AZFAR GROUP MMC-nin 8-ci mikrorayon ərazisindəki stadionunda “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası və 5 mart “Bədən tərbiyəsi və idman günü” münasibəti ilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında “Koka-Kola Məktəbli Kuboku” turnirinə start verilib.

Qeyd edək ki, turnirdə hər birində 12 nəfər olmaqla 32 komanda qalib adı uğrunda mübarizə aparacaq. Turnirin yekununda qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.

Xəbər 906 dəfə oxundu.