Yeniyetmə və gənclər arasında rayon turniri keçirilib
Martın 4-də 5 mart – “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş karate-do idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri (KATA) keçirilib.

Ağcabədi mərkəzi stadionunda 31 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi karate-do idman növünün rayonda inkişaf etdirilməsi olub.
Sonda Fazil Məmmədov, Toğrul Qənbərov, İbad Hacıyev, Nicat Quluzadə, Lazım Allahverdiyev yüksək yerlərə layiq görülüblər.

Xəbər 898 dəfə oxundu.