Taekvondo üzrə rayon turniri keçirilib
Martın 3-də 5 mart “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş taekvondo üzrə uşaq və yeniyetmələr arasında rayon turniri keçirilib.

Ağcabədi mərkəzi stadionunda 27 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi taekvondo idman növünün rayonda inkişaf etdirilməsi olub.

Sonda birinci yerə Bəxiyar Məmmədzadə (30 kq), ikinciyə Rüfət Həsənli (33 kq), Cəsarət Həsənov (37 kq), Əlizamin Məmişov (41 kq), Anar Hüseynli (45+ kq) layiq görülüblər.

Xəbər 868 dəfə oxundu.