“Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilib
Martın 5-də Gənclər Mərkəzində 5 Mart “Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilib.

Rayon Gənclər və İdman idarəsi tərəfindən təşkil olunan görüşdə rayonda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən məşqçilər-müəllimlərlə yanaşı, şəhər tam orta məktəblərin fiziki tərbiyə müəllimləri və gənc idmançılar iştirak edib.

Tədbirin sonunda rayon idmanın inkişafında xidmətləri olan bir qrup məşqçi-müəllim və idmançı fəxri-fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 877 dəfə oxundu.