Bakıda beynəlxalq futzal turniri başlayıb
Yanvarın 14-də Bakı İdman Sarayında V beynəlxalq futzal turniri başlayıb.
İki gün davam edəcək turnirdə Azərbaycan, Ukrayna, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparırlar.
Millimiz turnirdə ilk görüşünü Özbəkistan futzalçılarına qarşı keçirib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda Azərbaycan millisi 3:2 hesabı ilə qalib gəlib.
Günün digər qarşılaşması isə Ukrayna və Türkiyə milli komandaları arasında olmuşdur. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Ukrayna millisi rəqibini 5:1 hesabı ilə məğlub edib.

AzərTAc

Xəbər 1062 dəfə oxundu.