Mini futbol üzrə rayon turniri
2-5 mart tarixlərində Astara Olimpiya İdman Kompleksində gənclər və kişilər arasında mini futbol üzrə rayon turniri keçirilib.

Turnirdə 9 komanda mübarizə aparıb. Yarışlar Olimpiya beynəlxalq sistemi (uduzub çıxma) üzrə puşkatma nəticələrinə görə keçirilib.
Sonda birinci yerə Ərçivan” (Ərçivan qəsəbəsi), “Astara çay” (Astara çay MMC) ikinciyə layiq görülüblər.

Qalib komandalar Astara rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 983 dəfə oxundu.