Dorinel Munteanunun yeni iş yeri müəyyənləşib
"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Munteanunun yeni iş yeri müəyyənləşib.

Rumıniyalı mütəxəssis ölkəsinin "Astra" klubunu çalışdıracaq.

O, "Astra"nın baş məşqçi vəzifəsində istefaya göndərilmiş ukraynalı mütəxəssis Oleq Protasovu əvəzləyib.

Qeyd edək ki, ötən ilin yayında "Qəbələ"yə baş məşqçi təyin olunan Munteanu qış fasiləsinə az qalmış komandadan göndərilib.

Xəbər 773 dəfə oxundu.