"Neftçi"-"İnter" oyununun Bakıxanovda keçirilməsinin səbəbi məlum oldu
Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "İnter" oyunu "Bakcell Arena"da keçirilməyəcək. Buna səbəb sözügedən arenada 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa Çempionatının elit mərhələ oyunlarının keçirilməsidir. Bu üzdən də ev oyunlarını "Bakcell Arena"da keçirən "Neftçi" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna üz tutmaq məcburiyyətində qalıb.

Xəbər 1006 dəfə oxundu.