Ağdam klubu sabah Antalyaya səfər edir
“Qarabağ” klubu Türkiyəyə yollanacaq. İdman.com.az saytının məlumatına görə, yanvarın 10-dan start götürən yeni ilin hazırlıqlarının növbəti mərhələsi Antalyada davam edəcək.
Bu gün son məşqinə çıxan “göylər” işini tamamlayaraq, qardaş ölkəyə səfər edəcək. Sabah Bakı – İstanbul – Antalya reysi ilə Aralıq dənizinin sahilllərinə yollanacaq komanda, orada 3 həftə təlim-məşq toplanışı keçəcək.

Xatırladaq ki, Anadoluda “Qarabağ”ın düşərgəsində 23 futbolçu yer alacaq. 21 oyunçu birbaşa Antalyaya gedəcəksə, əməliyyatdan çıxdıqdan sonra bərpa keçən Rəşad Sadıqov 2 gün gec, Admir Teli isə İstanbulda komandaya qoşulacaq. Ağdam klubunun düşərgəsinə qoşulacaq yeni futbolçular məhz Antalyaya gələcək.


Xəbər 1018 dəfə oxundu.