AZAL-ın baş məşqçisinin Portuqaliyaya səfəri başa çatdı
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçir. "Pakuş de Ferreyra"nın düşərgəsində olan gənc mütəxəssis fürsətdən istifadə edərək Primeyra Liqanın 2 matçını stadiondan canlı izləyib. Əhmədov əvvəlcə "Portu" - "Sportinq" (3:0), daha sonra isə "Belenenseş" - "Pakuş de Ferreyra" (0:1) görüşlərində stadionda olub.

Qeyd edək ki, baş məşqçi ötən gecə saatlarında vətənə qayıdıb və bu gün komandanı "Neftçi" ilə ölkə kubokunun ilk 1/4 final matçına çıxaracaq.

Xəbər 820 dəfə oxundu.