"Luxor Open" beynəlxalq turnirinə yekun vuruldu
Misir Ərəb Respublikasının Lüksor şəhərində keçirilən G-2 kateqoriyalı "Luxor Open" beynəlxalq turnirinə yekun vuruldu.Yarışın ilk günündə kişilərdən ibarət yığma komandamızın liderlərindən biri, -87 kq çəki dərəcəsində yarışan Avropa çempionu Radik İsaev yalnız final döyüşündə Rusiya təmsilçisi Vladislav Larinə məğlub olaraq, turnirin gümüş medalı ilə kifayətlənməli oldu.Digər idmançılarımız isə mübarizədən məğlub ayrılıblar.Komanda turnirdə 11 taekvondo çu ilə təmsil olunmuşdur.

Millimiz Lüksor şəhərindən birbaşa Qətərə yollanacaq.Belə ki, kişilərdən ibarət komanda 06-07 mart tarixlərində Qətərin paytaxtı Doha şəhərində sayca 1-ci dəfə keçiriləcək “Qatar Open”-də də eyni heyətlə mübarizəyə qatılacaq.

Xəbər 797 dəfə oxundu.