Daşkəsəndə güləş üzrə rayon birinciliyi keçirilib
27 fevral-1 mart tarixlərində Daşkəsən rayon Uşaq Gənclər İdman məktəbində “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.

15 çəki dərəcəsində 98 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi idman gününün qeyd olunması, rayonda güləş idman növünün inkişaf etdirilməsi, idmanın kütləviliyinin təmin olunması və yeniyetmələrin Respublika oyunlarına hazırlığı olub.

Yarışın qalibləri rayon Gənclər və İdman idarəsi tərəfindən təltif olunub.

Xəbər 823 dəfə oxundu.