2 şahmatçımız liderdir
Təbrizdə ənənəvi 20-ci “Fəcr Open” beynəlxalq şahmat turniri keçirilir. İsveçrə sistemi ilə keçirilən yarışda 122 şahmatçı iştirak edir. İdman.com.az saytının məlumatına görə, Təbrizdə üç turdan sonra hərəyə 3 xal toplayan 8 şahmatçı, o cümlədən, Azərbaycan idmançıları Rəsul İbrahimov (2550) və Orxan Abdulov (2429) irəlidədirlər.

Xəbər 926 dəfə oxundu.