Əhmədov Sarı Məhəmməd oğlu
Əhmədov Sarı Məhəmməd oğlu 1935-ci ildə Qazax rayonunda anadan olub.
1961-ci ildə Az.DBTİ-u bitirib. Həmin ildən sərbəst güləş üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1959-cu ildə sərbəst güləş üzrə SSRİ İdman ustası dərəcəsi alıb. 1969-cu ildən Qazax rayon 1 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi vəzifəsində işləyir. Eyni zamanda UGİM-də məşqçi-müəllim vəzifəsində çalışır. İşlədiyi müddətdə yetirmələri Azərbaycan birinciliklərinin və çempionatlarının qalibi və mükafatçısı olublar. Bunlardan Ramiz Tağıyev, Məzahir Teymurov, Musa Musayev, Nizami Əliyev, Fazil İsmayılov. “Respublika dərəcəli hakim”,“Bədən tərbiyəsi və idman əlaçısı”, “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarna layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1570 dəfə oxundu.