Samux rayon açıq birinciliyi keçirilib
Martın 1-də “İdman günü” münasibəti ilə Samux rayonu Lək kəndinin tam orta məktəbinin idman zalinda sərbəst güləş üzrə Samux rayon açıq birinciliyi keçirilib.

Birincilikdə Samux rayonundan 4 (Poylu, Sərkar, Qarayeri və Lək), Gəncə şəhərindən 2 (Gəncə və Zenit), Tovuz rayonundan 2 komanda ümumilikdə 100 idmançı qızıl medal uğrunda mübarizə aparıb.

Yarış hakimlərin yekun protokoluna əsasən Fərid Sadıqov (23 kq, Tovuz), Ağa Rəhimov (26 kq,Gəncə), Maqsud Şəmilov (29 kq, Samux), Röyal Əliyev (32 kq, Gəncə), Şirməmməd Axundov (35 kq, Tovuz), Samir Yusifzadə (42 kq, Gəncə), Elnur Hüseynov (46 kq, Samux), Həsən Nəcəfov (50 kq, Gəncə), Kənan Məmmədov (54 kq, Tovuz), Ayxan Qasımov (58 kq, Samux), Şimşək Məmmədov (63 kq, Samux), Vüqar Hümbətov (69 kq, Samux), Elgiz İbadov (76 kq, Samux), Xəyal Rüstəmov (85 kq, Tovuz) qalib gələrək Samux Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 784 dəfə oxundu.