"Qarabağ" ispaniyalı futbolçu ilə müqavilə bağladı
Bu gün "Qarabağ" 2015-ci ildə ilk transferini reallaşdırıb. Komanda İspaniyalı Dani Kintananı öz "rənglərinə bağlayıb".

Komandada çıxış edəcək ilk prineyli kimi tarixə düşəcək. Yarımmüdafiəçi İspaniyanın "Valensiya" klubunun yetirməsidi. Kariyerası ərzində daha çox ispan klublarında çıxış edən Daninin ulduzu Polşanın "Yagelloniya" klubunda parlayıb. Ötən mövsüm Polşa 1-ci liqasında 15 qol vuran yarım-müdafiəçi bu mövsümün başlanğıcında Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubuna transfer olunub. Mövsüm gedişində isə Ərəbistan klubu ilə yollarını ayırıb. Belədə Dani "Qarabağ"a azad trasnfer kimi keçib. Bu gün tibbi baxışdan uğurlar keçən ispaniyalı ilə 3 illik müqavilə bağlanılıb. Qeyd edək ki, FİFA-nın qaydalarına əsasən Kintana mövsüm ərzində iki klubda oynadığına görə bu mövsüm "Qarabağ"da forma geyinə bilməyəcək.

Xəbər 919 dəfə oxundu.