Paralimpiyaçı atletlərimiz BƏƏ-dən Vətənə böyük uğurla geri döndülər
20-26 fevral tarixləri arasında Dubayda atletika idman növü üzrə keçirilən VII Fazza beynəlxalq turnirində uzunluğa tullanma idman növündə Hüseyin Həsənov qızıl, fərqli qruppalarda diska atma idman növü üzrə Oluxan Musayev və Samir Nəbiyev gümüş, qadınlar arasında nüvə atma idman növü üzrə Solmaz Səfərova bürünc, fərqli qruppalarda nüvə atma idman növü üzrə Samir Nəbiyev və Rüfət Rəfiyev bürünc, nizə atma idman növü üzrə Elvin Astanov bürünc, qadınlar arasında disk atma idman növündə Solmaz Səfərova bürünc medal qazanmışdılar.
Bu yarışın ardından 27-28 fevral tarixlərində BƏƏ-nin Şarjah şəhərində atletika idman növü üzrə keçirilən V Şarjah beynəxalq turniri keçirilmişdir.

Bu turnirdə disk atma və nüvə atma idman növləri üzrə F57 qruppasında Samir Nəbiyev qızıl, nüvə atma idman növündə F36 qruppasında Rüfət Rəfiyev qızıl, nizə atma idman növündə F57 qruppasında Allahverdi Allahverdiyev gümüş, nizə atma idman növündə F55 qruppasında Elvin Astanov gümüş və disk atma idman növündə qadınlar arasında F55 qruppasında çıxış edən idmançımız Solmaz Səfərova isə bürünc medal qazanmışdılar.

Bu turnirlərdə Milli Paralimpiya Komitəsini 7 idmançı təmsil edirdi. Parlimpiyaçı atletlərimiz 4 qızıl, 4 gümüş və 6 bürünc medal olmaqla, ümumilikdə 14 medal qazanmışdılar.

Xəbər 1185 dəfə oxundu.