“Roma”, “Volfsburq”, “Ayaks”, “İnter” və “Vilyarreal” komandaları Avropa Liqasının 1/8 finalına vəsiqə qazanıblar
Futbol üzrə Avropa Liqasının 1/8 finalında çıxış edəcək 16 komandanın hamısı məlum olub.

Turnirin pley-off raundunda “Zenit”, “Dinamo” (Moskva), “Roma”, “Everton”, “Brüqqe”, “Napoli”, “Volfsburq”, “Torino”, “Dnepr”, “Dinamo” (Kiyev), “Fiorentina”, “Ayaks”, “Beşiktaş”, “İnter”, “Vilyarreal” və “Seviliya” komandaları çıxış edəcəklər.

XatIrladaq ki, UEFA-nın qərarına əsasən Rusiya və Ukrayna klubları müxtəlif cütlüklərə salınacaq. Bu halda Rusiya komandalarının bir-biri ilə qarşılaşma şansı olacaq.

Püşkatma cümə günü, fevralın 27-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Xəbər 1009 dəfə oxundu.