Yeniyetmələrin Azərbaycan birinciliyi keçiriləcək
27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcəkdir. Yarışda idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Qızlar 44, 48 , 53, 58, 63, 69 və +69 kq, 15 yaşa qədər oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və 85 kq,17 yaşa qədər oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış edəcəklər.

Yarışlar fevralın 28-də saat 11:00-da başlayacaq. Təntənəli açılış mərasimi saat 16:00-da keçiriləcək.

Xəbər 1034 dəfə oxundu.