"Qarabağ" - "Qəbələ" matçının hakimləri müəyyənləşdi
Azərbaycan Premyer Liqasında 24-cü turunun oyunları üçün hakim təyinatları açıqlanıb.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun mərkəzi qarşılaşması - "Qarabağ" - "Qəbələ" oyunu İnqilab Məmmədova tapşırılıb.


28 fevral (şənbə)

“Xəzər Lənkəran” – “Bakı”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov


“İnter” – “Simurq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev -

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov


“Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

Xəbər 914 dəfə oxundu.