“Rabitə” voleybol komandası ölkə çempionatında liderliyini möhkəmləndirib
Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XV turu çərçivəsində iki oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində “Azərreyl” və “Telekom” komandaları üz-üzə gəliblər. Görüş “Azərreyl”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Gənclik” Olimpiya İdman Kompleksində Azərbaycan çempionu “Rabitə” komandası “Azəryol”u qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 3:1 hesabı ilə “Rabitə”nin xeyrinə yekunlaşıb.

Turnir cədvəlində 30 xalla “Rabitə” liderlik edir. “Azəryol” komandası 25 xalla ikinci, “Lokomotiv” isə 23 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 809 dəfə oxundu.