Yunanıstan çempionatı stadionlarda qarışıqlığa görə dayandırılıb
Futbol üzrə Yunanıstan çempionatı ölkə stadionlarında vəziyyətin gərgin olması səbəbindən rəsmi şəkildə dayandırılıb. Bunu Yunanıstan idman nazirinin müavini Stavros Kandonis elan edib.

Ölkədə birinci diviziondan üçüncü diviziona qədər bütün liqalarda yaxın günlər üçün nəzərdə tutulan matçlar təxirə salınıb.

Xatırladaq ki, “Panatinaikos”un fanatları fevralın 22-də “Olimpiakos” ilə matçdan əvvəl meydanda iğtişaş salıblar.

“Panatinaikos”un bir qrup fanatı “Olimpiakos” oyunçularının oyunqabağı məşqi zamanı meydana çıxaraq pirotexnika və fişəngatan tapançalar ilə onlara hücum ediblər. Yalnız polisin müdaxiləsindən sonra toqquşmanın qarşısını almaq mümkün olub.

Matçın ikinci hissəsi də gec başlayıb, çünki fişənglərdən biri “Olimpiakos”un yarımmüdafiəçisi Paytim Kasaminin çiyninə dəyib.

Xəbər 867 dəfə oxundu.