“Liverpul”dan “Beşiktaş”a şad xəbər
Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda "Liverpul"u qəbul edəcək "Beşiktaş" daha bir şad xəbər alıb.

Bir neçə gün öncə vacib oyun öncəsi əsas futbolçuları Demba Ba və Gökhan Törenin zədəsinin sağalmasına sevinən "qartal"ı bu dəfə "qırmızılar" sevindirib.

Belə ki, "Liverpul" İstanbuldakı matçda üç aparıcı oyunçusunun xidmətindən məhrum olacaq. "Qırmızılar"ın müdafiəçiləri Qlen Conson, Mamadu Sako və yarımmüdafiəçisi Cordan Henderson zədə səbəbindən "Beşiktaş"a qarşı forma geyinməyəcək.

Liverpulda keçirilmiş ilk matçda ingilislər "qartal"ı 1:0 məğlub etmişdi. İstanbuldakı matç bu gün Bakı vaxtıyla saat 22:00-da start götürəcək.

Xəbər 1119 dəfə oxundu.