Futbol üzrə 2022-ci il dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı uzun sürən müzakirələr başa çatıb.

FİFA uzun mübahisələrdən sonra çempionatın noyabr-dekabr aylarında keçirilməsinə rəsmən qərar verib.

Qətərin ev sahibi olduğunun dəqiqləşdiyi vaxtdan indiyədək oyunların nə vaxt keçiriləcəyi müzakirə edilirdi. Bunun səbəbi yayda bu ölkədə havanın həddindən artıq isti olmasıdır.

Altı ay davam edən danışıqlardan sonra Dohada sonuncu - üçüncü iclasda FIFA turnirin noyabr-dekabr aylarında keçirilməsinə qərar verib. Beynəlxalq quruma daxil olan bütün 6 konfederasiya bu qərarı dəstəkləyib.

Xəbər 827 dəfə oxundu.