"Fiziki cəhətdən yüklənməyimiz normaldır"
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev komandasının hazırlığını dəyərləndirib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçu, çempionatdakı çıxışlarının hazırlıq dönəmini nə səviyyədə keçirmələrindən asılı olacağını deyib:

“Təlim-məşq toplanışı başlayandan, səhərlər fiziki məşqlər edirik. Axşamlar isə əsasən toplu çalışmalara üstünlük verilir. Fiziki cəhətdən yüklənməyimiz normaldı. Belə olduqda futbolçu çempionat oyunlarında özünü daha rahat hiss edir. İnanıram ki, hazırlığı ən yüksək səviyyədə başa vurub, çempionatdakı liderliyimizi sona kimi qoruyacağıq".

Xəbər 974 dəfə oxundu.