Yan Mvila Dinamoya keçir
Rubinin fransız yarımmüdafiəçisi Yan Mvila Moskva Dinamosuna keçməyə yaxındır.

Transfer haqda artıq sabah elan edilə bilər. 24 yaşlı dayaq yarımmüdafiəçisinin Kazan klubu ilə 2017-ci ilə qədər müqaviləsi var. Ötən ilin yayından etibarən Mvila İnterdə icarə əsasında çıxış edirdi. Amma qışda İtaliya təmsilçisi futbolçuya ehtiyac duymadığından Mvila İnteri tərk etmişdi.

Xəbər 1034 dəfə oxundu.