Bayer-Atletiko:Arda oynaya biləcək
Atletikonun futbolçusu Arda Turan ümumi qrupda məşqlərə dönüb. O , bu gün keçiriləcək Bayerlə qarşılaşmada meydana çıxa biləcək.

Dünən 28 yaşlı futbolçu heç bir hədd olmadan məşq edib. Xatırladaq ki, Arda budundan zədə aldığına görə bir neçə məşqi buraxmışdı.

İspaniya mətbuatının məlumatına görə Dieqo Simeonenin qarşısında bir dilemma var. Bu da digər cinahda Raul Qarsiya və ya Saulu meydana buraxmaqdır.

Xəbər 762 dəfə oxundu.