“Terespol-Zirvə”nin mərhələ yarışı keçirildi
“Zirvə” Beynəlxalq İdman Klubunun 2015-ci ildəki ağır atletika üzrə ilk mərhələ yarışlarına start verdiyi haqda xəbər vermişdik. Azərbaycanda başlayan turnir ölkə xaricində Polşada davam edib.

“Terespol-Zirvə” klubunun təşkil etdiyi mərhələ yarışında fevralın 21-də Terespol şəhərində keçirilib. Turnirə klubumuzla yanaşı, “Brjeç”, “Orleta Lukov” və “Start Otvok” klubunun üzvləri də qatılıblar. Ümumilikdə, körpücük üzərinə 35 idmançı çıxıb. Turnirdə ən çox medalı isə “Terespol-Zirvə” atletləri qazanıblar.

Yarış bütün beynəlxalq qaydalara uyğun olaraq, yüksək ixtisaslı hakimlər tərəfindən keçirilib. Turnir Sinkleyr cədvəli üzrə qadınlarda U-15 və U-20, kişilərdə isə U-12, U-15, U-17 və U-20 yaş qruplarında keçirilib. Qalib adlarını müvafiq olaraq qadınlarda Anna Xomyuk, Aqneşka Xomyuk, kişilərdə Lazuqa Konrad, Andrey Raşipkin, Qjeqoj Koval, Mateuş Sikora qazanıblar. Medalçılar fəxri diplom, kubok və medallarla mükafatlandırıblar.

Xəbər 888 dəfə oxundu.