Tərlan Əhmədov "Neftçi" ilə oyun haqqında
"Açığı, komandanı oyuna yaxşı hazırlamışdıq. Zədəlilərimiz var. Valeriy Kutsenkonun yoxluğu hiss olundu. Orta sahədə müəyyən boşluqlar vardı".

Bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın III turundan təxirə salınmış "Neftçi" ilə keçirilən oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

T.Əhmədov bu görüşdə bir səhvin həlledici olduğunu bildirib: "Belə oyunlarda adətən 1 səhv həlledici olur. Oyunçularıma təşəkkür etdim. Qarşıda çətin oyunlarımız var. Həmin oyunlara hazırlaşmalıyıq. Hakimin bəzi qərarına reaksiya verdim. Bunu emosiya kimi qəbul etmək lazımdır".

Xəbər 831 dəfə oxundu.