Milli komandamızın oyununda hakim müəyyənləşdi
Antalyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının bu gün Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə keçirəcəyi yoldaşlıq matçının hakimləri müəyyənləşib. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq oyunu Belarusdan olan hakimlər idarə edəcək.

Matçın baş hakimi Vitali Sevostyanik olacaq. Ona Sergey Qidreviç və Yevgeni Yuçeviç köməklik edəcəklər.

Xəbər 775 dəfə oxundu.