“Qran-pri” turnirində 8-ci turun oyunları yekunlaşıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” turnirində 8-ci turun oyunları yekunlaşıb. Bu turda həmyerlilərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər.Qarşılaşma heç-heçə ilə nəticələnib. Bu turda Aniş Qiri və Aleksandr Qrişuk, Perez Leyner Dominqes və Dmitri Cakovenko, Rustam Kasımcanov və Dmitri Andreykin qarşılaşmalarıda sülhlə nəticələnib. Baadur Cobava Pyotr Svidler, Yevgeni Tomaşevski isə Maksim Vaşe Laqrav üzərində qələbə qazanıb,

8 turdan sonra Yevgeni Tomaşevski 6 xalla turnirin vahid lideridir. Jakovenko 5 xalla 2-ci, Kasımcanov və Rəcəbov 4.5 xalla 3-4-cü yerləri bölüşdürürlər. Məmmədyarov,Cobava, Dominqes və Qiri 4 xalla 5-8-ci , Qrişuk 3.5 xalla 9-cu, Svidler və Vaşe-Laqrav 3 xalla 10-11-ci, Andreykin isə 2.5 xalla sonuncu pillədədir.

9-cu turda Şəhriyar Məmmədyarov Aniş Qrini, Teymur Rəcəbov isə Dmitri Andreykini sınağa çəkəcək.

Xəbər 808 dəfə oxundu.