Qadın hokkeyçilərimiz növbəti mərhələnin bir addımlığında
Uruqvayın Montovideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası ilkin mərhələdə Trinidad Tobaqo(5:2), Fransa(3:2) və Keniya (5:0) hokkeyçilərinə qalib gələrək “B” qrupunda I yeri tutub. Yarışın reqlamentinə görə ¼ finalda “B” qrupunun qalibi- Azərbaycan yığması “A” qrupunda IV nəticə göstərən Dominikan Respublikası təmsilçilərini 5:0 hesabı ilə məğlubiyyətə uğradaraq ½ finalada oynamaq hüququ qazanıb. Təəssüf ki həmin mərhələdə hokkeyçilərimiz italiyalılara 0:4 hesabı uduzublar. Belə olan tərzdə milli komandamız digər yarmfinal cütündə Uruqvay yığmasına məğlub olan Meksika təmsilçiləri ilə III yer uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Dünən gecə başa çatan həmin görüşdə həmyerlilərimiz 5:2 hesabı ilə qalib gələrək bürünc mükafata sahib olublar. Oyunda hesabı qonaq komanda açsa da Lyubov Drujinina tezliklə bərabərlik qolunu vurub. Bundan bir qədər sonra Xatirə Əliyeva hokkeyçilərimizi hesabda irəli çıxarıb. Daha 3 qolun müəllifi isə Anastasiya Tsıqanska olub. Final qarşılaşmasında isə yerli Uruqvay komandası italiyalılara 0:4 hesabı ilə uduzublar.

Növbəti Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmaq uğrunda mübarizəni davam etdirmək üçün finalçılar- İtaliya və Uruqvay yığmaları Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanıblar. Uraqvayda III yeri tutan Azərbaycan komandası da belə bir şansa sahib ola bilər. Bunun üçün bir qədər gözləmək lazım gələcək. Mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçirilən anoloji yarışların yekununda III yeri tutanlar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.

Xəbər 2034 dəfə oxundu.