FİFA 2022-ci il DÇ ilə bağlı qərarını verdi | |
2022-ci ildə Qatarda keçiriləcək Dünya çempionatı ilə bağlı uzun sürən müzakirələr nəhayət ki, başa çatıb. FİFA uzun mübahisələrdən sonra çempionatın noyabr-dekabr aylarında keçirilməsinə rəsmən qərar verib. Qatarın ev sahibi olduğunun dəqiqləşdiyi vaxtdan indiyədək oyunların nə vaxt keçiriləcəyi müzakirə edilirdi. Buna da səbəb yayda Qatarda həddindən artıq isti olmasıdır. 6 ay davam edən danışıqlardan sonra 3-cü və son iclas bu gün Dohada baş tutub. İclasın sonunda FIFA turniri noyabr-dekabr aylarında keçirilməsinə qərar verib. Beynəlxalq quruma daxil olan bütün 6 konfederasiya bu qərarı dəstəkləyib. |
|
Xəbər 768 dəfə oxundu. |
|
|