Bakı birinciliyinin qalibləri
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birinciliyin bençpress yarışlarında Azər Əlizadə (52 kq), Ülvi Əhmədov (56 kq), Elvin Eynalov (60 kq), Coşqun Ağazadə (67,5), Əli Əliyev (75 kq), Zərdüşt Həzrətov (82,5 kq), Bəxtiyar Atai (90 kq), Vüsal Ağalarov (100 kq), Yasər İbrahimov (110 kq), Paşa İbrahimov (125 kq), Samir Hüseynov (125 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Pauerliftinq üzrə yarışlarda Fərid Ağayev (52 kq), İntiqam İsayev (56 kq), Elvin Eynalov (60 kq), Coşqun Ağazadə (67 kq), Fərdi Qurbanov (75 kq), Zərdüşt Həzrətov (82,5 kq), Boqdan Kovalenko (90 kq), Vüsal Əliyev (100 kq), Yavər İbrahimov (110 kq), Əli Ağayev (125 kq), Samir Bağırov (125 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Qaliblər Baş İdarənin müvafiq diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 629 dəfə oxundu.