Azərbaycan gimnastları Estoniyadan 12 medal gətirdi
Bu həftəsonu Estoniyanın Tartu şəhərində yekunlaşan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirdən idmançılarımız 5 qızıl, 5 gümüş və 2 bürünc medal gətirdilər.

4 çıxışın nəticəsinə görə, həmçinin ayrı-ayrı alətlərdə - halqa, top və gürzlərlə yeniyetmə gimnastımız Jalə Piriyeva 4 qızıl medal qazandı.

Böyüklər kateqoriyasında çıxış edən gimnast Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıl medal əldə etdi. Bundan əlavə o, ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş medal, həmçinin lent və topla ilə hərəkətlərdə 2 bürünc medal yazdırdı.

Böyüklərdən ibarət qrup hərəkətləri komandamız da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş medal qazandı.

Bu səfər gimnastlarımızın hava şəraiti əlaqədar olaraq, İstanbul hava limanında 30 saat qalmaqları ilə yadda qaldı.

Digər 2 gimnastımız Gülsüm Şəfizadə və Ayşən Bayramova isə Moskva hava limanına uğurla endilər.
Moskvada “Qran-pri” yarışlarında çıxış edən Şəfizadə 4 çıxışın nəticəsinə görə 7-ci yerdə qərarlaşdı, həmçinin top və lent ilə finallara çıxmağa müvəffəq oldu. Onunla parallel gedən beynəlxalq yarışda isə Ayşən Bayramova 7-ci yerdə qərarlaşdı.

Xəbər 786 dəfə oxundu.