Əvəzedicilərin çempionatı: "Neftçi" qələbə qazandı
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan yarışda III turdan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçirilib.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məluumata görə, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

23 fevral

Əvəzedicilərin çempionatı, III tur

AZAL – “Neftçi” - 0:2
Qollar: Cavid Muxtarzadə, 65-pen (0:1), Emil Həsənzadə, 77 (0:2)

Xəbər 866 dəfə oxundu.