Boks üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Hövsan Olimpiya Kompleksində boks üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 177 idmançı qələbə uğrunda mübarizə aparıb. Qeyd edək ki, yarışın qalibləri noyabrda polşada keçiriləcək gənclər arasında qitə birinciliyində çıxış edəcəklər.

Final görüşlərinin nəticələri:

49 kq: Ruslan Rüstəmov (“Rabitə”) – Samir Hüseynli (“Rabitə”) 3:0

52 kq: Elşən Qafarlı (“Gilan”) – Süleyman Məhərrəmov (“Baku Fires”) 3:0

56 kq: İbrahim İmanov (“Neftçi”) – Sərxan Əliyev (Naxçıvan) 0:3

60 kq: Tayfur Əliyev (Naxçıvan) – Elməddin İsmayılov (”Rabitə”) 0:3

64 kq: Pərviz Quliyev (“Rabitə”) – Akif Əsədov (“Baku Fires”) 3:0

69 kq: Hüseyn Tanrıverdili (“Rabitə”) – Elxan Əliyev (“Baku Fires” 3:0

75 kq: Rasim Çobanlı (“Baku Fires”) – Hacı Dilbazov (“Rabitə”) 1:2

81 kq: Nurlan Axundov (“Rabitə”) – Əli Qurbanov (“Gilan”) 1:2

91 kq: Nihat Orucov (“Naxçıvan) – Şükran Mehdiyev (“Neftçi”)

+91 kq: Kənan Xəlilov (“Baku Fires”) –Məhəmməd Abdullayev (“Rabitə”) 0:3

Xəbər 932 dəfə oxundu.