Azərbaycan buzadırmananları dünya kubokunda
Bu gün Koreya Respublikasının Çeonqsonge şəhərində buzadırmanma üzrə dünya kubokunun 1-ci mərhələsi və Asiya açıq çempionatı start götürür.
AzərTAc Alpinizm Federasiyasına istinadla xəbər verir ki, dünyanın 24 ölkəsindən 117 idmançı buzadırmanma mövsümünün ilk yarışında iştirak etmək üçün «sübh şəfəqi ölkəsinə» gəlib.
Yanvarın 14-ü və 15-də mürəkkəb və sürətli dırmanma yarışları keçiriləcək. Azərbaycanı yarışlarda Əli Abdullayev, Firuz Dadaşov və Leyla Əliyeva təmsil edirlər.

Xəbər 2659 dəfə oxundu.