“Baku Fires” – ““Puerto Riko Hurricanes”: heyətlər məlumdur
Fevralın 21-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun görüşü keçiriləcək. Azərbaycanın “Baku Fires” klubu Puerto Rikonun “Puerto Riko Hurricanes” komandasını qəbul edəcək.

Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “Puerto Riko Hurricanes”

52 kq. Elvin Məmişzadə – Xavyer Çintron Okasio

60 kq. Albert Səlimov – Angel Lopes

69 kq. Pərviz Bağırov – Flaz Niklaus

81 kq. Soltan Migitinov – Cozef Laboy

+91 kq. Arslanbek Mahmudov - Enrike dos Santos Nasimento

Komandamızın baş məşqçisi polşalılarla görüşdə şans verdiyi heyətə güvənib.

“Baku Fires”in heyətində ikinci döyüşünə çıxacaq Pərviz Bağırov elə bir çətinlik çəkməməlidir. Milli komandamızın üzvü gənc Niklaus Flazla üz-üzə gələcək. 19 yaşlı puerto rikolu boksçu beyəlxalq arenada elə bir ciddi uğur qazanmayıb.

Məmişzadənin rəqibi olacaq Okasio cari mövsümdə iki qələbə qazanaraq, özünü yaxşı tərəfdən göstərib.

Puerto Riko komandası ötən turda səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə uduzub. “Baku Fires” isə Mayamidə USA “Knockouts” komandasına 1:4 hesabı ilə məğlub olub.

Bu həftə B qrupunda “Caciquez Venezuela” səfərdə “İtalia Thunder”in qonağı olacaq. “Argentina Condors” səfərdə “Argentina Condors”la qarşılaşacaq. USA “Knockouts” isə doğma divarlar arasında “Rafako Hussars Poland”ı qəbul edəcək.

Turnir cədvəli

1. “Astana Arlans” –15 xal, (döyüşlərin nəticələri 21-4)

2. USA “Knockouts” – 12, (14-11)

3. “İtalia Thunder” – 9, (13-11)

4. “Baku Fires” – 8, (14-11)

5. “Puerto Riko Hurricanes” – 8, (10-15)

6. “Venezuela Caciquez” – 7, (10-15)

7. “Rafako Hussars Poland” – 6, (11-14)

8. “Argentina Condors” – 1, (6-18)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Xəbər 788 dəfə oxundu.