"Bu hazırlıq mərhələsi gücümüzə güc qatacaq"
"Neftçi"nin məşqçisi Tərlan Əhmədov Antalya hazırlıqları barədə fikrini klubun rəsmi saytına danışıb. İdman.com.az-ın məlumatına görə, gənc mütəxəssis həmkarımızla söhbətdə, "ağ-qaralar"ın ölkə çempionatında qalib olacağına inandığını deyib:
"Məşqlərimiz plan üzrə davam edir. Heç bir sarıdan çətinliyimiz yoxdu. Bu hazırlıq mərhələsi komandanın gücünə güc qatacaq. Zirvədəki yerimizi qorumaq üçün futbolçuların hazırlıq səviyyəsini daha da artırmalıyıq. Hazırladığımız komanda rəqibdən bir baş üstün olmalıdır. Bizə yaradılan şəraitin əvəzi yalnız çempionluqdur".

Xəbər 873 dəfə oxundu.