Millimizin "Şaxtyor"la oyununun başlama saatı açıqlandı
Millimizin Ukraynanın "Şaxtyor" klubu ilə Türkiyənin Antalya şəhərində keçirəcəyi yoxlama matçının stadionu və başlama vaxtı müəyyənləşib.

İdman.com.az-ın "Şaxtyor"un rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma fevralın 24-də "Mardan" stadionunda oynanılacaq.

Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Şaxtyor" millimizlə görüşdən öncə "Atırau" (Qazaxıstan), QKS (Polşa) və "Dinamo" (Minsk, Belarus) komandaları ilə qarşılaşacaq.

Xatırladaq ki,"Şaxtyor" Çempionlar Liqasında mübarizəni davam etdirir. Ukrayna təmsilçisi ÇL-in 1/8 finalının ilk oyununda doğma meydanda "Bavariya" ilə 0:0 hesabı ilə bərabərə qalıb.

Xəbər 762 dəfə oxundu.