"Neftçi" "Qarabağ"a, "Qəbələ" "Xəzər Lənkəran"a qarşı
"Neftçi" "Qarabağ"a, "Qəbələ" "Xəzər Lənkəran"a qarşı (YENİLƏNİR)
Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək.

Turun bütün arşılaşmaları eyn gündə baş tutacaq.

Günün ilk matçı Bakıda oynanılacaq. Paytaxtın iki komandası - “İnter” və AZAL üz-üzə gələcək. “AZAL Arena”da baş tutacaq oyun saat 15:00-da başlayacaq.

Digər oyun Qəbələdə keçiriləcək. Burada “Xəzər Ləkəran” “Qəbələ”nin qonağı olacaq. Ardıcıl üç oyunda məğlub olan Roman Qriqorçukun komandasının doğma meydanda “Xəzər Lənkəran”la oyunu maraqla gözlənilir.

“Simurq” öz azarkeşləri önündə “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşmanın start fiti saat 17:00-da veriləcək.

Turun mərkəzi qarşılaşması da paytaxtda keçiriləcək. “Neftçi” doğma meydanda lider “Qarabağ”ı qəbul edəcək. Rəqibindən 10 xalı geridə olan Arif Əsədovun komandası bugünkü görüşdə qalib gəlməklə çempionluğa iddiasını davam etdirə bilər. “Qarabağ” isə qələbə qazanıb rəqibindən bir qədər də uzaqlaşmağa çalışacaq. Maraqla gözlənilən bu görüş saat 19:00-da start götürəcək.




19 fevral (cümə axşamı)

Topaz Premyer Liqa,XXIII tur

15:00. AZAL – “İnter”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev
“AZAL Arena”

17:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
Qəbələ şəhər stadionu

17:00. “Simurq” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov
Zaqatala şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev
“Bakcell Arena”

Xəbər 708 dəfə oxundu.