Voleybol. Çempionlar liqası. Türklər sensasiya etdilər
Kişilər arasında Voleybol üzrə çempionlar liqasının playoff oyunları davam edir. Bu gün son 6-ya qalma mübarizəsində cavab qarşılaşmaları baş tutub. Turnirin sensasiyası Rusiyanın Belqorod şəhərində baş verib. Beloqorye komandası evdə Türkiyənin Halkbank komandasını 3-1 hesabı ilə məğlubiyyətə uğradıb. İlk görüşdə türklər bu hesabla qalib gəldiyindən vəsiqənin taleyi qızıl setdə müəyyənləşib.

Həlledici setdə Halkbank 15-11 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Xəbər 827 dəfə oxundu.