“ Xəzər Open “ beynəlxalq şahmat festivalı
İranın Rəşt şəhərində keçirilən 13-cü beynəlxalq “Xəzər Open” şahmat festivalının başa çatmasına bir tur qalıb. Yarış bir neçə -A, B, C və D qrupları üzrə keçirilir. A turnirində mübarizə aparan təmsilçilərimizdən Azər Mirzəyev 8-ci turda yerli oyunçu Amirezza Pourramezanali ilə xalları yarı bölərək 6 xalla 3-6-cı yerləri bölüşdürür. Bu qrupda mübarizə aparan digər təmsilçilərimiz - Ramil Əlləcov 5 xalla 20-ci, Qulam Məmmədov isə eyni xal toplayaraq 22-ci yerdədir. Rəşad Zeynallı və Nərmin Kazımova isə hərəyə 4.5 xal toplayaraq 26-cı və 35-ci pillədə qərarlaşıblar.

B qrupunda mübarizə aparan həmyerlimiz Mirmusa Feyziyev 8 oyundan 7 xal toplayaraq liderlər sırasındadır.Məhəmməd Muradlı,Murad İbrahimli və Vəli Zeynalzadə isə hərəyə 5.5 xal toplayaraq 21-24-cü yerləri bölüşdürürlər.

C qrupunda iştirak edən təmsilçilərimizdən Aytac Heydərova aktivinə 5 xal yazaraq ilk onluqda qərarlaşıb. Xatun Bağırova,Sona Hüseynova və Ləman Hüseynova hərəyə 4.5 xal toplayaraq 13-16-cı yerləri bölüşdürürlər.

D-qrupunda oyunlar başa çatıb.Bu qrupda mübarizə aparan şahmatçılarımızdan ən yaxşı nəticəni Süsən Məmmədova göstərib.Məmmədova 9 oyundan 6.5 xal toplayaraq 5-ci yerə çıxıb. Rəfail Manafov və Murad Musayev isə aktivlərinənə 6 xal yazaraq 12-13-cü yerləri bölüşdürüblər.

Yarış isveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir və bu gün sonuncu turun oyunları keçiriləcəkdir.

Xəbər 847 dəfə oxundu.