Şahin Diniyev: Coşqunun milli komandaya çağırılmasına çox şadam
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev oğlu Coşqunun Robert Prosineçki tərəfindən əsas milliyə dəvət olunmasına münasibət bildirib:

"Hər bir ata üçün fəxrdir ki, oğlu ölkənin əsas yığma komandasına dəvət olunsun. Mən də Coşqunun milliyə çağırılmasına çox sevindiyimi gizlətmirəm. O, hələ yığma üçün heç nə etməyib və yolun başlanğıcındadır. Bu, Coşqun üçün yaxşı yoxlamadır və ümid edirəm ki, millidə möhkəmlənə biləcək. O, inamı doğrultmalıdır. Oğluma güvənirəm".

Xəbər 814 dəfə oxundu.