Millimizin heyətində dəyişiklik
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması bu gündən fevralın 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” klubundan yığmaya çağırılmış Qismət Əliyev zədəli olduğu üçün toplanışda iştirak edə bilməyəcək.

Xəbər 961 dəfə oxundu.