Rusiya Olimpiya Komitəsinin fəxri prezidentinə “Dostluq” ordeni təqdim olunub
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2015-ci il 12 fevral tarixli Sərəncamı ilə Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnov Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Mükafatı Vitali Georgiyeviç Smirnova Moskva şəhərində Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov təqdim edib.

Xəbər 1691 dəfə oxundu.