Federasiya rəhbərləri yüksək dövlət mükafatına layiq görüldülər
Bu günlərdə Azərbaycan Respublikası Vergilər nazirliyi öz peşə bayramının 15-ci ildönümünü qeyd edib. Ölkə başçısı vergi işçilərinin əməyini yüksək qiymətləndirərək öz Sərəncamı ilə bir qrup əməkdaşı mükafatlandırıb. Sevindiricidir ki, təltif olunanlar arasında Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti Fazil Məmmədov və vitse prezident Namiq Əliyev də var. Dövlət başçısının Sərəncamı ilə vergilər naziri Fazil Əsəd oğlu Məmmədov I dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi, nazir müavini Namiq Tofiq oğlu Əliyev isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” Azərbaycan Respublikasının ordeni ilə təltif olunublar.

Biz də Azərbaycan Respublikası Otüstü Hokkey Federasiyasının kollektivi adından yüksək dövlət mükafatlarına layiq görülən Federasiya rəhbərlərini təbrik edir və onlara Azərbaycan Respublikasının quruculuğu yolunda daha böyük uğurlar arzulayırıq.

Xəbər 2408 dəfə oxundu.