"Neftçi"nin aparıcı futbolçusu yenidən zədələndi
Bu gün Topaz Premyer Liqasının 22-ci turun oyunları keçirilib. "Qəbələ" doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edib. Qəbələdə baş tutan oyunda Neftçi 3-1 hesabı ilə qələbə qazansa da, ciddi itki ilə üzləşib. Belə ki, Bakı klubunun futbolçusu Mirhüseyn Seyidov qarşılaşmanın 81-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Onun yerinə isə meydana Kaue Da Silva daxil olub. Qeyd edək ki, Mirhüseyn Seyidov zədəsini yenicə sağaltmışdı.

Xəbər 798 dəfə oxundu.