Rodriqes və Xedira cəzalandırıldı
"Real" futbolçuları Xames Rodriqes və Sami Xediranı cəzalandırıb.
Sözügedən oyunçular komanda yoldaşları Kriştiano Ronaldonun 30 yaşı münasibəti ilə təşkil etdiyi məclisə qatıldıqlarını üçün cərimə olunub. Bundan başqa, Xediranın bu mövsümün sonunadək Madrid klubunun əsas heyətində bir daha meydana çıxmayacağı iddia edilib.

Qeyd edək ki, K.Ronaldo "Atletiko"ya 0:4 hesablı məğlubiyyətdən sonra ad gününü komanda yoldaşları və dostları ilə birgə qeyd edib. Onun bu hərəkəti azarkeşlər tərəfindən tənqid edilib.

Xəbər 848 dəfə oxundu.